Rumıniyanın Mədəniyyət və Milli İrs naziri cənab Hunor Kelemenin 28-31 iyul 2011-ci il tarixlərində Bakıya səfər etməsi və səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin cənab Kelemeni qəbul etməsi planlaşdırılır.
Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında mədəniyyət
sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə
mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və s. mövzular müzakirə
olunacaq, eləcə də, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir
mübadiləsi aparılacaqdır.
Bakıya səfər zamanı nazir Hunor Kelemenin Fəxri Xiyabanı və Şəhidlər
Xiyabanını ziyarət etməsi, İncəsənət Muzeyinə baxış keçirməyi, İçərişəhər
Dövlət Qoruğu ilə tanış olmağı, həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalında
qonaq qismində iştirak etməyi planlaşdırılır.