iOS 9-un yeni versiyası istifadəyə verildi
17.9.2015

Məlumat verdiyimiz kimi, iOS 9 əməliyyat sisteminin yeni versiyası hazırlanırdı.

Artıq iOS 9 sistemi iPhone, iPad və iPod touch istifadəçilərinə təqdim olunub.

iOS 9 sistemində informasiyanı bir proqramdan başqasına köçürməyə imkan verən çoxpəncərəli funksiya istifadəyə verilib.

Belə ki, digər bir yeni funksiya internetdə işləyərək məktub tərtib etməklə yanaşı, video izləməyə imkan verir. Siri səs assistenti Twitter və Facebook-la inteqrasiya edilib.

iOS 9 yenilənməsi Apple-ın bütün köhnə modellərinə də tətbiq edilib.

iOS 9 yeniləməsi iPhone 4S, iPhone 5, iPhone 5C, iPhone 5S, iPhone 6, iPhone 6 Plus, iPhone 6S, iPhone 6S Plus, iPad Air, iPad Air 2, iPad 2, iPad 3, iPad 4, iPad mini, iPad mini 2, iPad mini 3 və iPod touch 5-də tətbiq olunur.

Əməliyyat sisteminin yeni versiyası Apple şirkətinin müvafiq qurğuları üçün ödənişsiz əlçatandır və onu yükləmək üçün qurğuda 1,3 QB boş daxili yaddaş lazımdır.

iOS 9 proqramını telefona necə yükləməli?

iOS 9 istifadəyə veriləndə "Parametrlər> Ümumi> Proqram "yeniləmə hissəsindən cihaza daxil olaraq iPhone və iPad cihazlarında proqramı yeniləyə bilərsiniz.

iTunes vasitəsilə yeniləmək üçün isə iPhone və iPad-i kompüterə qoşmaq və hansı yeniliklərin olduğunu öyrənmək kifayətdir.

Əməliyyat sisteminin yeni versiyası Apple şirkətinin müvafiq qurğuları üçün ödənişsiz əlçatandır və onu yükləmək üçün qurğuda 1,3 QB boş daxili yaddaş lazımdır.

xeberler.az