Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi və təşkilatçılığı ilə Türkiyədə "Osmanlı sənədlərində Azərbaycan" adlı kitab nəşr edilib. Layihənin rəhbəri Mərmərə Universitetinin əməkdaşı Fəxri Solak, hazırlayanları isə Əli Yılmaz, Dundar Əliqılınc, Abdulla Sivridağ və Nedim Pakirdağdır.
Kitabda Osmanlı imperiyası dövründə Azərbaycan ilə bağlı qəbul edilmiş sənədlərin və məktubların əsilləri və latın qrafikası ilə yazılışları verilib. Yüksək poliqrafik üslubda nəşr edilən kitab əsasən araşdırmalarda istifadə üçün nəzərdə tutulub. Layihə müəlliflərinin fikrincə, Türkiyənin müxtəlif arxivlərində olan sənədlərin bir kitabda cəmləşdirilməsi bu mənbələrlə daha sıx şəkildə tanış olmağa imkan yaradacaq.
Qeyd edək ki, bu kitab Türk Dünyası Bələdiyyələr Birliyinin xətti ilə Azərbaycan barədə çap edilən sayca üçüncü nəşrdir.
AZƏRTAC