Qoç - Özləri üçün iş və əyləncə tapmaqda çətinlik çəkməyən Qoçlar üçün uğurlu gün olacaq. Digərləri isə uğursuz günlərin ardından nəhayət ki, dincələ, qüvvələrini bərpa edə bilərlər. Amma ciddi nəticələr gözləməsinlər.
Həm irimiqyaslı planlar fikirləşmək, həm də onları həyata keçirmək olar. İdeyalarınız pis deyil, onlardan ən yaxşısını seçin. Çünki hamısına vaxtınız çatmayacaq. Enerjiniz çoxdur, gün ərzində bir dəqiqə də olsun boş vaxt tapmasanız da, yorğunluq hiss etməyəcəksiniz.
Buğa - Müsbət tendensiyaların güclü təsiri nəticəsində gün hərtərəfli uğurlu və qeyri-adi olacaq. Maraqlı ideyalarınız var, üstəlik, sizə kömək edəcək insanları da tez tapırsınız. Müştərək və təşkilati işlərin həlli üçün münasib gündür. Rəhbər Buğalar yeni, əla işçilər tapacaqlar.
Müsbət emosiyalar çoxluq təşkil edəcək, əhvalınız əla olacaq, bir dəqiqə də olsun, mənəvi rahatlığınızı itirməyəcəksiniz. Bu gün çox cazibədarsınız, bu səbəbdən yeni tanışlarınızın sayı artacaq.
Əkizlər - İşləmək istəmirsiniz, bu səbəbdən işləriniz də axsayır, heç bir nəticə də əldə etmirsiniz. Yalnız bir qrup Əkizlər təşəbbüskarlıq edərək bütün planlarını gerçsəkləşdirə biləcəklər. Hətta bədxahları da onların işlərinə pəl vura bilməyəcəklər.
Maliyyə vəziyyətiniz yaxşıdır. Gözləmədyiniz yerdən pul ala bilərsiniz. Bəxti gətirən Əkizlər ev problemini həll edə, yaxud hansısa bahalı əmlak sahibi ola bilərlər. Mağazaları gəzə bilərsiniz. Evinizin yaxınlığında deyil, bir qədər uzaq rayonlarda edəcəyiniz alış-veriş daha uğurlu olacaq.
Xərçəng - Möhtəşəm və mürəkkəb layihənin həllinə girişməyin, yaxşı olar ki, əziyyətsiz yola verməyə alışdığınız işlərlə məşğul olasınız. Sizdə təşəbbüskarlıq çatmır, bu səbəbdən bir çox planlarınızın gerçəkləşdirilməsi qeyri-müəyyən bir vaxta qədər təxirə düşə bilər. Yeri gəlmişkən, belə olmağı daha yaxşıdır, tezliklə özünüz də əmin olacaqsınız.
Pul xərcləməyiniz məsləhət deyil. Xüsusilə əyləncələrə, gəzintilərə və bu kimi işlərə pul verməyə dəyməz. Yeni eşq macərasının başlanması mümkündür, amma o, sizə sevinc gətirmək əvəzinə, qayğılarınızı artıracaq. Enerjiniz azdır, yorğunluğunuz səhhətinizə pis təsir edə bilər.
Şir - Adi, maraqsız gündür. Vacib heç nə baş vermir, elə siz də işlərdən, macəralardan çəkinirsiniz, daha çox tənbəlliyə meyllisiniz. Bu, özlüyündə pis deyil, amma nəzərə alın ki, rəqibləriniz bu vəziyyətdən öz xeyirlərinə istifadə edə bilərlər.
Yaxınlarınızla ümumi dil tapmaq həmişə asan olmur. Ancaq mübahisə etməyə də ərinirsiniz, bu səbəbdən münasibətlərdə sülhü qoruyub saxlamaq olur. Bəzi ailəvi planları təxirə salmaq lazım gəlsə də, kimsə bundan şikayət etməyəcək.
Qız - Elə bir dəyişiklik gətirməsə də, bu gün qarşınızda yeni imkanlar açır. Hər şey sizin bu imkanlardan yararlana bilib-bilməyəcəyinizdən asılıdır. İşdə təşəbbüskar olun. Danışıqlarda sərt mövqe tutun, sizin üçün prinsipial cəhətdən vacib olan hər şeyə nail ola bilərsiniz.
Köçmək, şəraiti dəyişmək məsləhət deyil. Öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edirsiniz. Şəxsi problemlərin həlli üçün yaxşı gündür, sevdiyiniz şəxslə uzun müddət aranızda fikir ayrılıqları vardısa, bu gün onları asanlıqla aradan qaldıra bilərsiniz.
Tərəzi - Uğurlu mərhələnin ilk günüdür. Vacib və mürəkkəb işlərin həllinə başlamaq olar. İşgüzar danışıqlar, uzunmüddətli əməkdaşlığın şərtlərinin müzakirəsi üçün münasib gündür. Özlərinə iş axtaran Tərəzilər üçün müsahibələr uğurlu olacaq.
Şəxsi həyatınızda köklü dəyişikliklər mümkündür. Həm yeni başlanan münasibətlərdə, həm də köhnə əlaqələrdə bu özünü göstərir. Siz situasiyanı nəzarətdə saxladığınızı hiss edir və bundan maksimum yararlanmaq üçün əlinizdən gələni edirsiniz.
Əqrəb - Çətinlik və anlaşılmazlıqlar mümkündür. Bürcün bir çox nümayəndələri qəfildən planlarını dəyişməli, şəraitə uyğunlaşmalı olacaqlar. Ancaq ciddi problemlər gözləməyin, narahatlığa dəyməz, bütün işlərin öhdəsindən gələcəksiniz.
Yeni tərəfdaşlar tapmaq, əvvəllər neytral mövqe tutan insanların dəstəyini qazanmaq mümkündür. Çoxdankı ortaqlarınızla işlə bağlı fikir ayrılıqlarına son qoymaq mümkündür, bu, ümumi işin xeyrinə olacaq. Maliyyə perspektivləriniz əladır, yaxşı qazana bilərsiniz.
Oxatan - Vacib qələbələr qazanmağı, məqsədə çatmağı hədəfləyən Oxatanların ümidləri doğrulmayacaq. Şəraitə alışmalı, narahatlıqlarla barışmalı olacaqsınız. Heç də bütün Oxatanlar buna eyni cür yanaşmırlar, bəziləri sakitliyi qoruyur, bəziləri isə əsəbləşərək özlərindən çıxırlar.
Yaxınlarınızla münasibətlərinizə diqqət edin. Bu gün nəzakətli, dözümlü olmalısınız, əks halda mübahisələrdən qaça bilməyəcəksiniz. Pullarla ehtiyatlı olun: öz maliyyə imkanlarınızı düzgün dəyərləndirməyə bilərsiniz.
Oğlaq - Uğurlu gündür, demək olar ki, bütün yeni layihələrinizdə uğur qazanacaqsınız. Öz gücünüzü düzgün hesablayırsınız. Bu, səhvlərdən qaçmaqda sizə kömək edir. Çoxdan bəri iş ortağı kimi görmək istədiyiniz bir şəxslə məhsuldar əməkdaşlığa başlaya bilərsiniz.
Yeni, həyatınızı rəngləndirəcək romantik macəra da mümkündür. İntuisiyanıza güvənin. Enerjiniz çoxdur, səhhətinizdə probleminiz olmayacaq.
Dolça - Əlinizi hansı işə atırsınızsa, puça çıxır. Özünüzün yaratmadığınız və ümumiyyətlə sizə aid olmayan problemləri həll etməli olursunuz. Ciddi itkiləriniz ola bilər. Ola bilsin ki, işdə güclü münaqişə yaransın. Səfərlərə getmək məsləhət deyil.
Yaxınlarınızın dəstəyinə güvənə bilərsiniz. Onlar sizə xoş sözlərlə dəstək olur, real kömək göstərirlər. Səmimi olun, sizi qorxudan və narahat edən şeyləri çəkinmədən söyləyin.
Balıqlar - Sakit və xoş bir gün olacaq. Möhtəşəm bir qələbəniz olmasa da, bu səbəbdən kefinizi pozmayacaqsınız. Çünki ciddi bir problem yoxdur və vacib qərarlar da qəbul etmək lazım deyil.
Dostlarla görüş, qeyri-formal şəraitdə istirahət üçün yaxşı gündür. Könlünüz olsa, işgüzar və dost münasibətləri romantik məcraya yönələ bilər. Gələcək planların müzakirəsi üçün münasib gündür, maraqlı söhbətlərdə yaxşı ideyalar yaranır.
Milli.Az