Skype-da yaranan problem aradan qaldırılıb
22.9.2015

Xəbər verdiyimiz kimi, ötən gün Skype servisində problem yaranıb, istifadəçilər Skype-a girişdə və Skype dostları ilə əlaqə yaratmaqda problem yaşayıblar.

Skype servisinin texniki dəstəyi daha öncə yaranan problemi aradan qaldırıb.

Rusiyada, ABŞ-da, Vyetnamda, Yeni Zelandiyada, Danimarka, Hindistan və digər ölkələrdə Skype istifadəçiləri messencerdə şəxsi statusun dəyişilməsi, kontaktlarla əlaqə yaradılması və messencerə ümumiyyətlə daxil olması ilə bağlı problemlər yaşayıblar.

Xeberler.az