"V1 Challenge Bulgaria 2015" çempionatında azərbaycanlı qalib gəldi
22.9.2015

Azərbaycan təmsilçisi Gülhüseyn Abdullayev "V1 Challenge Bulgaria 2015" çempionatının Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş 4-cü mərhələsinin qalibi olub.

Azərbaycan Avtomobil Federasiyasından verilən məlumata görə, bu G.Abdullayevin çempionatda ikinci qələbəsidir. Belə ki, avqustun 30-da Vinisa kvartalındakı "Varna" kartinqdə keçirilmiş 3-cü mərhələnin də qalibi Azərbaycan təmsilçisi olmuşdu.

G.Abdullayev çempionatda Azərbaycan Avtomobil Federasiyası və Gənclər və İdman Naziriliyinin dəstəyilə iştirak edir. Yarışın 4-cü mərhələsində 8 pilot mübarizə aparıb. İkinci və üçüncü yerləri bolqarıstanlı Simeon Donovla Qriqor Qriqorov tutublar.

Milli.Az