Azərbaycan paytaxtında daha bir yol təmirə bağlanıb
16.5.2012

Bakıda daha bir yol təmirə bağlanıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, kommunikasiya xətlərinin və asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Bakının Nərimanov rayonu ərazisindəki Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində yol müvəqqəti bağlanıb. Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Təmir işlərinin iki gün davam edəcəyi bildirilir.

APA