Qaxda “Ulu dad” adlı milli mətbəx festifalı keçirilib.
Festival Qax rayonunun 2015-ci il üçün elan edilmiş “Azərbaycanın Milli Mətbəx Paytaxtı” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Qax rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalda şimal-qərb bölgəsinə daxil olan rayonların milli-mətbəx və tarixi-mədəniyyət nümunələri nümayiş etdirilib. Qaxın İçəri bazar tarixi-mədəniyyət mərkəzində keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Qax rayon icra hakimiyyətinin nümayəndələri çıxış edərək festivalın məram və məqsədləri barədə danışıblar. Bildirilib ki, ölkəmizin hər bir bölgəsinin özünəməxsus mətbəxi olduğu kimi Qax rayonunun mətbəxi var. Qeyd olunub ki, Qaxda əsasən quru ətdən hazırlanan xəmir xörəkləri üstünlük təşkil edir.
Qeyd edək ki, “Qax - Azərbaycanın Milli Mətbəx Paytaxtı - 2015” çərçivəsində tədbirlər ilboyu davam edəcək. Bu müddət ərzində milli mətbəximizlə bağlı müxtəlif festivalların, baxış müsabiqələrinin, bayramların keçirilməsi, habelə sərgilərin, milli oyunların və digər tədbirlərin təşkili nəzərdə tutulur.
APA