Azərbaycanda yaxın 2 ildə 15 gənclər evi inşa olunacaq
16.5.2012

Azərbaycanda yaxın 2 ildə 15 gənclər evi inşa olunacaq. Bu barədə Milli Məclisdə “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda keçirilən konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Nazir müavini deyib ki, yeni gənclər evinin 5-i Bakıda, 10-u isə ölkənin bölgələrində olacaq.

İ. Babayev, gənclərlə bağlı vətənpərvərlik istiqaməti də daxil olmaqla, layihələrin həyata keçiriləcəyini söyləyib: “Gəncəbasar zonasındakı gəncləri ölkənin Cənub bölgəsinə, Cənub bölgəsinin gənclərini isə Şimal bölgəsinə səfərə aparacağıq. Çünki bizdə elə gənclər var ki, məsələn, Avropa ölkələrində, şəhərlərdə olub, amma ölkənin bölgələrini görməyib”.

APA