"Ailə TV" Qurban bayramı günlərində sentyabrın 24-dən 27-dək "AiləTV" rəqəmsal yayımda təqdim olunan fərdi seçim paketinin bütün 70 TV kanalı açıq şəkildə, pulsuz yayımlanacaq. Bundan əlavə "Ailə NET" internet şirkəti internetin sürətini artıracaq.
"Caspian Telecom" mətbuat xidmətindən bildirılib ki, minimal internet paketinin sürəti 8 meqabit saniyəyə (mbit/s) qaldırılacaq. Bu halda minimal aylıq abunə haqqı standart 13 manat olaraq, dəyişməz qalacaq. Səkkiz mbit/s tarif planın abunəçiləri gecə saat 01:00-dan səhər saat 09:00-dək 10 mbit/s-dək internet sürətində istifadə edə biləcəklər. Eləcə də 10, 12 və 15 mbit/s sürət paketlərinin da qiymətini endirəcək "AiləNET", həmin paketlərin abunə haqqını müvafiq olaraq 23, 30 və 35 manat edəcək.
Qeyd edək ki, ən son FTTB texnologiyasından istifadə edən "AiləNET", Bakı və Gəncə sakinlərinə 100 mb/s.-dək genişzolaqlı fiber-optik internet xidmətləri göstərir.
AZƏRTAC