Bakının elektron kadastr məlumat bazası yaradılıb
23.9.2015

“Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlanıb”.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir.

“Bu il Bakı şəhərinin elektron kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutan layihə yekunlaşıb. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb”.

Rafiq Cəlilov onu da qeyd edib ki, Bakı şəhərindən əvvəl Sumqayıt şəhərinin də elektron kadastr məlumat bazası yaradılıb.

Xeberler.az