Günün ulduz falı
13.9.2011

QOÇ- Istəyinizə çatmaq üçün səy göstərməlisiniz. Uşaqlara, özünüzdən çox balaca olan qohumlara diqqət ayırmağınız məsləhətdir. Ulduzlar bildirir ki, ən yaxın adamınızla mümasibətləriniz qaydasında olacaq. Bu sferada problemlər gözlənilmir.
BUĞA- Gün sizi sınağa çəkəcək. Ulduzlar xəbərdarlıq edir ki, kollektiv arasında vəziyyət yaxşı olmayacaq, sizin fitnələrin qurbanı olmaq riski var. Ətrafdakıların sizə qarşı münasibətinə baxmayaraq, əhvalınızın korlanmasına imkan verməyin.
ƏKIZLƏR- Bu gün maliyyə baxımından əlverişlidir. Şəxsi müstəvidəki işlərnizin çətin olacağı gözlənilir. Etiraf etməlisiniz ki, yaxınlarınızla münasibətinizi düzəldə bilmirsiniz. Gərək kimsə güzəştə getsin. Təəssüf ki, bu gün deyilən o kimsə siz olacaqsınız.
XƏRÇƏNG- Səsləndirilən təklifləri qəbul etməyə tələsməyin. Çünki istər şəxsi, istərsə də işgüzar baxımından təklif olunanların ümidlərinizi doğrultmamaq ehtimalı var. Müdriyyətlə aranızda problem yaşanacaq. Sizin yaradıcılıq fəaliyyətiniz düzgün başa düşülməyəcək. Ailədə də fikir ayrılığı istisna edilmir.
ŞIR- Ətrafdakılara qarşı diqqətli olmağınız məsləhətdir. Xüsusilə də bu diqqət yaxınlarınızla bağlıdır. Pis duruma düşməmək üçün nəyə ehtiyacınız olduğunu əvvəlcədən deyin. Yaxşı olardı ki, istənilən mövzuda fikirlərinizi paylaşmağa bir dost seçəsiniz.
QIZ- Yaranmış şərait işlərinizin öhdəsindən gəlməsinə imkan yaradacaq. Gün sövdələşmələr, görüşlər, yığılıb qalmış sualların müzakirəsi baxımından münasibdir. Yaşlılarla aranızda konfliktin yaşanacağı ehtimal edilir.
TƏRƏZI- Çox ümidverici gün deyil, gərgin olacaqsınız. Ulduzlar çətin olmayan ev işlərilə məşğul olmağınızı tövsiyə edir. Ünsiyyətdə problemlərin olacağı ehtimal edilir. Xüsusilə də yaşlı qohumlarla dil tapmaqda çətinlik çəkəcəksiniz. Onlar sizin köhnə səhvlərinizi üzünüzə vurmaqdan usanmırlar.
ƏQRƏB- Çoxdan görmədiyiniz köhnə tanışınızla görüş məsləhət deyil. Səhər kifayət qədər gərgin keçəcək, lakin günün ikinci yarısının isə sakit keçəcəyi proqnozlaşdırılır. Romantik görüş xoş keçəcək. Uğurlu səfərlər də gözlənilir.
OXATAN- Ünsiyyət, istənilən görüş üçün münasib gün deyil. Siz əsəbi və tələbkar olacaqsınız. Özünü ələ almaq yalnız bürcün müdrik nümayəndələrinə nəsib olacaq. Təəssüf ki, şəxsi sferada da eqoizm özünü göstərəcək.
OĞLAQ- Günün gözlənilməz olayları sizə həyatdan kam almağa imkan verməyəcək, ətrafdakıları günahkar çıxarmağa məcbur edəcək. Yadda saxlayın ki, həmişə ən çətin anlarda sizə nikbinliyiniz yardımçı olur. Daxilən rahatlana bilsəniz, bütün həyəcanlarınızın yersiz olduğunu anlayacaqsınız.
DOLÇA- Sevgilinizlə romantik səyahət üçün əla gündür. Səyahətə yalnız çıxanları da xoş tanışlıq gözləyir. Gün həyəcansız, ciddi problemsiz ötüşəcək. Yalnız günün maddi tərəfi ürəkaçan olmayacaq.
BALIQLAR- Ən yaxın adamınızla münasibətlərə diqqət yetirməyiniz yaxşı olar. Başqa tərəflərdən gün yaxşı olacaq. Siz işdə enerjili, danışıqlarda inadkar, ünsiyyətcil olacaqsınız. Sağlamlığına laqeyd yanaşanların problemləri olacağı gözlənilir.