Dünya İqtisadi Forumunun (“World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayıb.
Bu barədə Dünya İqtisadi Forumunun yaydığı hesabatda deyilir. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb.
Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb.
azertag.az