Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
1.10.2015

Oktyabr 25–dən noyabrın 3-dək paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirlikdən bildirilib ki, festivalın açılışı oktyabrın 25-də Heydər Əliyev Sarayında baş tutacaq. Festival çərçivəsində ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

azertag.az