Azərbaycan prezidenti DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak edib
16.5.2012

Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Daxili İşlər Nazirliyinin (DİN) Zuğulbada inşa olunmuş “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, inşasına 2010-cu ilin mayından başlanılan mərkəzin 13,5 hektar ərazisi var.

Prezident mərkəzdə yaradılan şəraitlə tanış olub.

APA