Bakı-Sumqayıt şosesində piyada keçidinin tikintisi sıxlığa səbəb olub
2.10.2015

Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) piyada keçidinin tikintisi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, tikinti işlərini aparan piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq. Tikinti işləri 2 ay davam edəcək.

Sürücülərə alternativ olaraq Binəqədi şosesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.

APA