Yekaterinburqda “İnternet-tramvay” istifadəyə verilmişdir
16.5.2012

“Bilayn” mobil operatoru Rusiyanın Yekaterinburq administrasiyası və yerli bələdiyyə müəssisəsi (Tramvay-Trolleybus İdarəsi) ilə birgə şəhər tramvaylarının sərnişinlərini pulsuz mobil internetlə təmin etmək məqsədilə qeyri-adi layihə hazırlamışlar.

“Yekaterinburqun bələdiyyə nəqliyyatında Wi-Fi” innovativ layihəsi sosial və təhsil xarakteri daşıyan mobil internet xidmətlərindən istifadənin artırılmasına yönəlmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, cybersecurity.ru saytının məlumatına görə, “ВымпелКом” şirkətinin maliyyələşdirdiyi layihənin əsas mahiyyəti WiFi-router vasitəsilə “Bilayn” mobil operatoru xidmətlərinin sərnişinlərə pulsuz çatdırılmasıdır.

AzərTAc