Twitter-dən hamının gözlədiyi yenilik gəlir
5.10.2015

"Twitter" sosial şəbəkəsi tətbiq etdiyi 140 işarə məhdudiyyətini götürmək istəyir.

Şirkət "140 Plus" adklı yeni layihəyə başlayıb. Layihə çərçivəsində yazılan tvitlərin uzunluğu variantları müzakirə olunur. "Twitter"in 140 işarəlik məhdudiyyətinə baxmayaraq, istifadəçilər bu limiti aşmağın yolunu tapmışdılar. Məsələn uzun yazını yazıb skrinşot kimi birləşdirmək şəklində.

Ekspertlər deyir ki, 140 işarə məhdudiyyətinin qaldırılması mikrobluq servisinin simasını xeyli dəyişdirə bilər.

Daha əvvəl "Twitter" yalnız daxili mesajlarda işarə məhdudiyyətini qaldırmışdı.

Day.az