Mədəniyyət və İncəsənət Universitetində ilk dəfə dublyaj dərsləri keçirilib
5.10.2015

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ilk dəfə peşəkar dublyaj ustası Tural Əzizov tərəfindən aktyor sənəti fakültəsinin tələbələri üçün ustad dərsi keçirilib.

ADMİU-dan bildiriblər ki, məqsəd gənc mütəxəssisləri bu sahə üzrə hazırlamaq, onlarda televiziya, radio, reklam, kadr arxası səsləndirmə kimi bacarıqların üzə çıxarılaraq təkmilləşdirilməsidir.

Tələbələrin böyük marağına səbəb olan dərsdə kiçik, daha sadə mətnlər dublyaj olunub. Gələcəkdə universitetdə belə məşğələlərin daha böyük auditoriyalarda keçirilməsi nəzərdə tutulub.

Ustad dərsi universitetin “Studio” pavilyonunda keçirilib.

AZƏRTAC