Azərbaycan Milli Konservatoriyasının müəllimləri, Əməkdar artistlər Malik Mansurov (tar) və Elşən Mansurov (kamança) Parisdə keçirilən “İpək və Alov” musiqi festivalında ölkəmizi təmsil ediblər.
Milli Konservatoriyadan bildiriblər ki, E.Mansurov və M.Mansurovun ifasında bəstəkar Hacı Xanməmmədovun kamança üçün yazdığı konsertin birinci və ikinci hissələri səsləndirilib. Həmçinin, dirijor Əyyub Quliyevin təqdimatında bir sıra musiqi əsərləri də ifa olunub.
Daha sonra “Theatre des Champs Elysees” konsert salonunda baş tutan festivalda “Lamuğö” orkestrinin bədii rəhbəri Pyer Tilua da çıxış edib.
Qeyd edək ki, Azərbaycanla sıx əlaqələri olan Pyer Tilua ölkəmizlə bağlı “Yanar dağ” və Xocalı soyqırımına həsr etdiyi “Khodjaly 613” musiqi əsərlərinin müəllifidir.
AZƏRTAC