Bakı Taksi (London taksi) və GoMap-in birgə lahiyəsi artiq istifadədədir.
Bu barədə GoMap.Az naviqasiya sisteminin rəsmi Facebook səhifəsində bildirilib.
Artıq GoMap.Az istifadəçiləri, taksi ilə səyahətlərini əvvəlcədən planlaşdıra bilərlər.
Belə ki, GoMap.Az-da Marşrutlar bölməsində gedəcəyiniz ünvana qədər marşrut qursanız, Bakı Taksi ilə bu yolun gediş haqqını əvvəlcədən bilib və *9000-ə zəng edərək sifariş edə bilərsiniz.
Xeberler.az