Bakıda “Gilan Turizm”in 4 ulduzlu “Qafqaz Baku City hotel & Rezidences” hotelinin açılışı olub.
Açılışda çıxış edən “Gilan Holding”in prezidenti Cəmil Muradov bildirib ki, bu hotel “Qafqaz” hotelləri qrupuna mühüm bir əlavədir. Burada turistlər üçün mühüm xidmətlər təklif edilir.
Bakının Tbilisi prospektində yerləşən hotel yeni dizaynda hazırlanıb. Hotel Heydər Əliyev Hava Limanından 30 kilometr məsafədə yerləşir. “Qafqaz Baku City hotel & Rezidences”də 242 nömrə və sahəsi 25-75 kvadratmetr arasında dəyişən 75 suit nömrə, eləcə də restoranlar, barlar, sağlamlıq və SPA mərkəzləri, konfrans zalları var.
Uzunmüddətli rezidensiya arzu edən qonaqlar üçün burada 9 tam təchiz olunan rezidensiya, eləcə də mühüm standartlara malik hotel xidmətləri təklif olunur.
Hotelin rəhbəri Peters Sulzinbaxer tədbirdə çıxış edib. “Gilan Holding”in Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən danışan P. Sulzinbaxer hotelin gələcək planlarını açıqlayıb. Onun sözlərinə görə, bu gün açılan hotel hələlik layihənin birinci mərhələsidir. İkinci mərhələdə hoteldə 500 nəfərlik konfrans zalı, daha iri SPA və Sağlamlıq Mərkəzinin açılışı nəzərdə tutulub. Hotelin fəaliyyətə başlaması ilə 120 yeni iş yeri açılıb.
APA