Azərbaycanda təhsil müəssisələrinin müasirləşdirilməsi, dövrün tələbinə uyğun olaraq İKT avadanlıqlarla təchiz edilməsi prosesi davam etdirilir.
2003-cü ildən bu günə kimi 2900 məktəb tikilib, müasir avadanlıqla, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib, tədris prosesi müasirləşdirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə “Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsi çərçivəsində ökləmizdə müasir tələblərə cavab verən 400-dən çox məktəb tikilib, tədris prosesində internetdən istifadəyə başlanılıb.
“Təhsilə dəstək” layihəsi isə məktəblərin əyani vəsaitlərlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında mühüm rol oynayıb. Fondun “Uşaq evləri və internat evlərinə dəstək” proqramı çərçivəsində isə 40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir olunub, lazımı avadanlıqla təchiz edilib.
Xeberler.az