Azərbaycan prezidenti İlham Əliyev Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
17.5.2012

Azərbaycan prezidenti İlham Əliyev Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2012-ci ilin avqust ayında müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Paşa qızı Dilbazinin anadan olmasının 100 ili tamam olur.

Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Mirvarid Dilbazinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

APA