“Microsoft” korporasiyası yeni məhsullarını – özünün ilk noutbukunu (“Surface Book”), “Surface” planşetinin yenilənmiş versiyasını və “Lumia 950 XL” smartfonunu təqdim edib.
Şirkət “Surface Book” noutbukunun “MacBook Pro”dan (“Apple”) iki dəfə sürətli çalışdığını bildirib. Yeni noutbuk 3000x2000 pikselə imkan verən 13,5 düymlük sensor displeyi ilə təchiz edilib. Displey “Corning Gorilla Glass 4” şüşəsi ilə qorunur. Fasiləsiz 12 saata qədər işləyə bilir. Giriş üçün “Surface Pen” stilusundan da istifadə etmək olar. Şirkət yeni texnologiyanı noutbuk kimi təqdim etsə də, onu planşet kimi də işlətmək mümkündür. Noutbuklar üçün ilkin sifariş oktyabrın 7-də qəbul olunacaq, satışa isə oktyabrın 26-dan başlanacaq. Cihazın qiyməti 1499 dollar olacaq.
“Surface Pro 4” planşetinin ekranının displeyi 12,3 düymdür. Bundan əvvəl istehsal olunan “Surface Pro 3” planşetinin ekranın displeyi isə 12 düym idi. Yeni cihazın gücü əvvəlki modeldən 30 faiz artıqdır. Planşet virtual pozana malik yenilənmiş stilusla təchiz edilib. Bundan başqa, planşetin ayrılan klaviaturası var ki, bu da düymələri arasında olan böyük məsafəyə görə adi klaviaturaya bənzəyir. Pərakəndə satışda planşetin qiyməti 899 dollar olacaq.
“Microsoft” “Lumia 950” smartfonunun yenilənmiş versiyası olan “Lumia 950 XL”i də təqdim edib. Yeni smartfon 5,7 düym displey, 4K formatlı 20 meqapiksel kamera (stabilizatorla bilrikdə), eləcə də soyuducu sistemlə təchiz edilib. Soyuducu sistem cihazın ifrat qızmasını əngəlləyərək daha güclü prosessor quraşdırmağa imkan verir. Yaddaş 32GB həcmindədir və micro-SD kartından istifadə etmək də mümkündür. Smartfonu yarım saata 50% şarj etmək olur. Cihazın əsas xüsusiyyətləri isə “Windows Hello” sistemi vasitəsilə üz skanerinin köməyi ilə açılması və onu adi personal kompüterə çevirməyin mümkünlüyüdür. “Comntinuum” sistemi “Lumia 950 XL”dən əsl kompüter kimi istifadə etməyə imkan verir, sadəcə olaraq smartfona klaviatura, monitor və “mışka” qoşmaq lazımdır.
Lent.az