ALISA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük treninqlər təşkil edilib
8.10.2015

Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adın Azərbaycan Milli Kitabxanasında mütəmadi olaraq 10 günlük treninqlər təşkil edilib.

Kitabxanadan bildirilib ki, Milli Kitabxananın treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunub.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar.

AZƏRTAC