Sürücülərin diqqətinə: Bu yollarda tıxac var
8.10.2015

Bakıda bir sıra yollarda tıxac yaranıb.

Öz açıqlamasında Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, Həsən Əliyev küçəsi (keçmiş İnqilab), Bakıxanov küçəsində "Hyatt Regency" otelinin və İnşaatçılar prospekti Statistika dairəsinin qarşısında hazırda avtomobillərin sıxlığı müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Milli.Az