“Unibank” yanğınsöndürənlərə pulsuz “Albalı Plus” təklif edir
8.10.2015

“Unibank” yanğınsöndürənlərin peşə bayramını xüsusi kampaniya ilə təbrik edir.

Bankdan verilən xəbərə görə, oktyabrın 7-dən 14-dək davam edən kampaniya çərçivəsində yanğınsöndürənlər üçün “Albalı Plus” kartları pulsuz olacaq.

Kampaniya müddətində Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları bank filiallarına pulsuz “Albalı Plus” kartı və nağd kredit üçün müraciət edə bilər. Hazırda bankda 10 000 manatadək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat kreditləri 36 ayadək müddətə verilir.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

APA