Noyabrın 6-7-si arasında Startap Azərbaycan-ın təşkilatçılığı ilə Bakıda Startap Günləri keçiriləcək.
Startap Azərbaycan Təşkilat Komitəsindən verilən məlumata görə, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına informasiya-metodiki dəstək vermək, startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.
Qeyd edək ki, Startap Günləri çərçivəsində startapçılar innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.
Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Xeberler.az