Məşhur azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov Almaniyanın Köln şəhərində təşkil olunmuş tədbirdə iştirak etmişdir. Belə ki, tədbir müğənni ilə “EMI Music Germany” şirkəti arasında əməkdaşlıq haqqında bağlanmış müqaviləyə həsr olunmuşdur. Müğənninin rəsmi internet saytına istinadən verilən xəbərə görə, müqavilədə müğənninin üç albomunun hazırlanması nəzərdə tutulmuşdur.
Əməkdaşlığın başlanmasına həsr olunmuş mərasimdə Emin Ağalarov Böyük Britaniyada sevilən "Obvious" və "Just for one night" mahnılarını ifa etmişdir.
Qeyd edək ki, tədbirdə 270-ə yaxın mətbuat nümayəndəsi, eləcə də teleaparıcılar iştirak etmişlər.