Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir, bəzi rayonlarda 33 dərəcə isti olacaq
17.5.2012

Mayın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 18-dən 20-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

APA