Bakıda daha bir marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirildi
12.10.2015

NİİM məlumat yaydı.

Sabahdan Bakıda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik ediləcək.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə. marşrut əvvəllər Oksford məktəbi- Elmlər Akademiyası m/s – Bakıxanov küç. – Həsən Əliyev küç. – Gənclik (5 saylı xəstəxana) – Ağa Nemətulla küç. – F. Xoyski küç. – Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbin qarşısından Gənclik m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcək.

www.oxu.az