“Expressbank” bank kartlar üzrə MasterCard ilə birgə “Kartla al” aksiyasını keçirir. Aksiyanın sentyabr ayı üzrə qalibləri artıq müəyyən olunub. “Expressbank”ın Yasamal və Sumqayıt filiallarının müştərisi, müvafiq olaraq iPad Mini planşeti və iWatch saatı, 130 nəfər isə Charger (enerji doldurma cihazı) qazanıb.
Bankdan bildirilib ki, aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet (iPad), ən çox sayda nağdsız ödəniş edənlər smart saat (iWatch), ümumi ödənişlərin cəmi 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə Charger (enerji doldurma cihazı) qazana biləcəklər.
Müştərilər Maestro kartını 6 AZN, MasterCard Standard kartını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə MasterCard Platinum kartlarını filiallarda və ya onlayn sifariş etmək mümkündür. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə etmək imkanı qazanır.
“Expressbank”-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-i isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı var.
AZƏRTAC