Hazırda Budapeştdə “ITU Telecom World 2015” beynəlxalq telekommunikasiya və yüksək texnologiyalar üzrə sərgi-konfransı keçirilir.
Ölkəmiz tədbirdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə iştirak edir.
Qeyd edək ki, sərgidə üç yerli startapımız da iştirak edir. Belə ki, BethClip, WeTravel, Spinal layihəsinin rəsmiləri də sərgidə fəaliyyətlərini nümayiş etdirirlər.
Nazir Əli Abbasov bu gün sərginin açılışında startapçılarımızla görüşüb.
Layihə rəhbərləri fəaliyyətləri barədə nazirə geniş məlumat verib.
Əli Abbasov startapları dəstəklədiyini bildirib. O, sərgidə startapların fəaliyyətinə uğurlar arzulayıb.
Nazir qeyd edib ki, bu tip tədbirlər startaplar üçün çox əhəmiyyətlidir.
Startapçımız Rəşid Əliyev Macarıstanda xeyli yeni əlaqalər qurduğunu diqqətə çatdırıb.
Hazırda startapçılarımız beynəlxaq sərgidə bir çox şirkətlərlə əməkdaşlıq istiqamətində danışıqlar aparır.
Məlumatımıza görə, sərgidə startap layihələrimizə böyük maraq var.
“ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl informasiya texnologiyaları şirkətinin nümayəndələri iştirak edəcəklər. Şirkətlər sərgidə iştirak edən İT şirkətlərimiz öz stendləri ilə təmsil olunurlar.
Xeberler.az