Bu gün hava necə olacaq?
13.10.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 17-19, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında

Oktyabrın 13-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

AzVision.az