18 aylıq "terrorçu"
17.5.2012

ABŞ-dakı aviaşirkətlərdən biri sərnişinlər arasında 18 aylıq körpəni terrorçuluqda şübhəli bildiyi üçün uçuşu təxirə salıb.

Anasının qucağındakı Rianna təyyarəyə daxil olandan sonra hadisə başlanıb.

Ana yerinə oturandan az sonra antiterror strukturunun bir əməkdaşı ona yaxınlaşaraq təyyarədən enməyini tələb edib.

Səbəb isə balaca Riannanın adının sərnişinlərin siyahısında olmaması idi.

"JetBlue" aviaşirkətinə məxsus təyyarənin kapitanı da uçuşu təxirə salıb.
Sonradan məlum olub ki, 18 aylıq körpənin adının sərnişinlərin siyahısında olmaması kompüter səhvi imiş.
Riannanın atası isə deyir ki, bütün bunlar bəhanədir: "Hər şey arvadımın hicablı olması ilə bağlıdır".

Milli.Az