Pasiyentin beyninə implantasiya olunmuş kiçik sensor elektrik siqnallarını kompüterə yollayır, kompüter də həmin siqnalları robot əl üçün komandalara çevirir.
Iflic qadın bu qurğu vasitəsilə son 15 ildə ilk dəfə kənardan kömək olmadan su içə bilmişdir.
Bostonlu alimlərin dediklərinə görə, onlar məqsədlərinə çatmaq ərəfəsindədirlər, çünki robot-manipulyator fikirlə idarə olunur və iflic adamlar da belə “süni əl” qazanmışlar.
59 yaşlı amerikalı Keti Hatçinson da son 15 ildə ilk dəfə müstəqil şəkildə su içə bildiyinə çox sevinmişdir.
Bu uğura çox sevinən Braun Universitetinin professoru, nevroloq Li Hohberq bildirmişdir ki, Massaçusets ştatındakı Boston şəhərində aparılan sınaqlar davam etdiriləcəkdir.
AzərTAc