İT tarixində ən bahalı saziş
14.10.2015

ABŞ-ın Dell şirkəti rəsmən EMC məlumatların saxlanılması sistemləri üzrə aparıcı istehsalçnı 67 milyard dollara satın almaq niyyətini elan edib. Bu sazişin dəyəri İT sənayesi tarixində ən böyük olacaq.

Dell şirkəti EMC məlumatların saxlanılması sistemləri istehsalçısını 67 milyard dollara satın alacaq, yəni 1 səhm üçün 33 dollar ödəyəcək. Bundan başqa, ABŞ şirkəti Vmware virtuallaşdırma üzrə proqram istehsalçısına sahiblənəcək, çünki sonuncunun 80 faizi EMCyə məxsusdur.

EMC

EMC - məlumatların saxlanılması, idarəsi və mühafizəsi üçün proqram təminatı, avadanlıq və bulud həllər istehsalçısıdır. Xarici məlumat massivlərinin ən böyük tədarükçüsüdürr. IDC tədqiqat şirkətinin məlumatına əsasən, şirkət bu bazarda gəlir həcminə birinci pilləni tutur.

Dell

Dell şirkəti fərdi kompüterlərin tədarük həcminə görə üçüncü pillədə qərarlaşıb.

Milli.Az