14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür
14.10.2015

14 oktyabr 1946-cı il tarixində 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın London şəhərində toplaşıblar.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb.

Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edlir. İSO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komisiya (İEC), Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.

Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir.

Cari il ərzində 23 yeni standart dövlət qeydiyyatına alınıb. Bunların sırasında “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları”, “Alkoqolsuz tonuslandırıcı ickilər”, “Profillənmiş fibrosement lövhələr və fitinqlər”. “Məhsulun spesifikasiyası və sınaq metodları”, “Məişət xidmətləri. Kimyəvi Təmizləmə”, “Güc trannsfarmatorları” və digərlərini göstərmək olar.

Gün.Az