“Dilmanc imla” layihəsi beynəlxalq sərgidə təqdim olunub
15.10.2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsi Budapeştdə keçirilən "ITU Telecom World 2015” sərgisində təmsil olunur.

Konfrans çərçivəsində Dilmanc-ın həyata keçirdiyi layihələrlə yanaşı, “Dilmanc İmla” proqramının yeni versiyası da sərgi iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, tamamilə ödənişsiz yayılan “Dilmanc İmla” proqramı şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir. Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır.

Bütün nitqin tanınması sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada olması, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmalı olduğundan məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə bütün azərbaycandilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi alqoritmləri ilə analiz edilib, durğu işarələrinin yerini və xüsusi isimləri avtomatik müəyyən edən statistik modellər yaradılıb.

Xeberler.az