Dünyanın ən cəsur pişiyi
13.9.2011

Skarlet dünyanın ən məşhur pişiyidir. Məhz onun qəhrəmanlığı, sədaqəti və ana sevgisinin şərəfinə “Skarlet” mükafatı təsis olunmuşdur. Bu mükafat 1996-cı ildən bəri heyvan və insanları xilas etməkdə xüsusi qəhrəmanlıq göstərən heyvanlara təqdim olunur. Belə ki 1996-cı il 30 mart tarixində Nyu-York şəhərində qarajların birində baş vermiş yanğında Skarlet xüsusi qəhrəmanlıq göstərək öz 5 balasını bir-bir qarajdan çıxartmış və onların hamısını xilas etdiyindən əmin olduqdan sonra huşunu itirmişdir. Skarletin müalicəsi tam 3 ay davam etmiş, sonra isə onu Keren adlı bir qadın himayəyə götürmüşdür.
Qeyd edək ki, qəhrəman pişik 2008-ci il oktyabrın 11-də vəfat etmişdir.