Dünyada ən sürətlə inkişaf edən cah-cəlal bazarı Rusiya, Hindistan və Çindədir. Bu, “Bain & Company” konsaltinq şirkətinin keçirdiyi araşdırmalar nəticəsində ortaya çıxıb.
Adı çəkilən ölkələrdə lüks sinif malların satışının artım tempi illik 15-20% təşkil edir. Rusiyanın cah-cəlal bazarı 2009-cu ildə 5% azalaraq 4,5 mlrd. avroya enib. O zaman ölkə lüks malların nəhəng istehlakçıları reytinqinin onluğunu tərk edib. onun yerini 4,8 mlrd. dollarlıq göstərici ilə Honkonq tutub. Ötən il isə Rusiya bazarında 12%-lik artım qeydə alınıb. Bununla belə, Rusiya mütləq göstəricilərə görə həm Avropadan, həm də Çindən geri qalır.
“Bain & Company” konsaltinq şirkəti 2012-ci ildə dünya lüks məhsullar bazarının 6-7% artacağını proqnozlaşdırır.
APA