Bu gün Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə 1-ci Azərbaycan Konfransı (Baku CSR Conference) keçirilir.
Xeberler.az-ın məlumatına görə, tədbirdə “Azərbaycanın İKT sektorunun dayanıqlı inkişafı üçün çağırışlar və perspektivlər” mövzusu yerli və beynəlxalq mütəxəssislər tərəfindən müzakirə olunacaq.
Tədbirin məqsədi ölkədə cari vəziyyətin kompleks qiymətləndirməsini həyata keçirmək, habelə bu sahəni inkişaf etdirmək üçün dövlət, özəl və qeyri-dövlət təşkilatları arasında dialoqu və əməkdaşlığı genişləndirməkdir.
Tədbirdə sərgi də təşkil olunub. Sərgidə Xercim.az, Vizam.az, BakuParking, Mednot, Neuron Technologies kimi yerli startaplar təmsil olunur.
Tədbirdə Azərbaycanın aparıcı şirkətləri, eləcə də dövlət və qeyri-dövlət təşkilatları bu sahədə yerli və xarici təcrübəni öyrənmək üçün bir araya gəlib.
Tədbirdə həmçinin, özəl şirkətlərin Korporativ Sosial Məsuliyyət (KSM) siyasəti çərçivəsində sosial layihələrdə daha effektiv iştirak etməsinə və təşviq edilməsinə zəmin yaradılması, ictimai sektorla özəl sektor arasında dayanıqlı inkişaf istiqamətində əməkdaşlığın gücləndirilməsi vacibliyinin müzakirəsi də nəzərdə tutulur.
Xeberler.az