Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
16.10.2015

NİİM məlumat yaydı.

Neftçilər prospektində (Dəniz vağzalının yaxınlığında) dəmiryolu relslərinin yenilənməsilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti dünən saat 23:00-dan etibarən qismən məhdudlaşdırılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, təmir işləri 4 gün davam edəcək.

www.oxu.az