Məlumat verdiyimiz kimi, hazırda Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə “ITU Telecom World 2015” sərgisi keçirilirdi.
Bu gün artıq tədbir başa çatıb.
Xəbər verdiyimiz kimi, sərgidə startap layihələrin “ITU Telecom World 2015 Award" müsabiqəsi baş tutub.
Rəşid Əliyevin rəhbəri olduğu BethClip layihəsi finalda mobil telefonlar üçün xüsusi proqram təminatı üzrə “Ən yaxşı kiçik və orta sahibkar qurum” nominasiyası üzrə sertifikata layiq görülüb.
Qeyd edək ki, bu nonminasiya üzrə bütün pavilyanlordan iştirakçılar tərəfindən seçilən layihələrdən 10-u bu sertifikata layiq görülüb.
“ITU Telecom World 2015 Award" müsabiqəsini münsifləri tərəfindən seçilən , finala qədər gələn Spinal layihəmiz isə 17 startapla mübarizə aparıb və yer tuta bilməyib.
Xeberler.az