Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 8-12, gündüz 13-16 dərəcə, dağlıq rayonlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.
APA