Günün qoroskopu
20.10.2015

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç - günün ilk yarısı emosional zamandır. Hisslərinizin əsiri olmayın, məntiqi unutmayın. Cari məsələlərin həllində təxəyyülü işə salın. Yarımçıq işləri başa vurun.
Günün ikinci yarısında qrup və ya kollektiv şəkildə çalışmaq olar. Ümumi məqsəd, eyni hədəf uğuru sürətləndirə bilər. Yaxın ətrafınızdakı insanlara sayğı bəsləyin.
Axşam saatları romantik anlar vəd edəcək.

Buğa - özünüzdən bədgüman olmayın. Qüvvənizə, iradənizə inansanız, daha yaxşı nəticələrə nail ola bilərsiniz, Biznesi inkişaf etdirmək, daha yaxşı nəticələr əldə etmək üçün yaxşı zamandır.
İntizamlı olun. Öhdəlikləri və vədləri unutmayın.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərə xüsusi diqqət yetirin. Dəyər verdiyiniz insanlarla əlaqələrinizi yeniləyin. Mövqelərinizi gücləndirə bilərsiniz.
İşlərin daha yaxşı olması üçün məsləhətlərə qulaq asın.
Axşam saatlarnı şəxsi münasibətlərə ayırın.

Əkizlər - yeni münasibətlərin yaxşı perspektivləri olacaq. Gündəlik işdən usanmayın, rutin qayğılar sizdə narazılıq hissi yaratmasın. İşdə həmkarlarla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Bunun səbəbi rəqabət və anlaşılmazlıqdır.
Günün ikinci yarısında hansısa məqamı araşdırmağa çalışaraq əlaqələri daha da kəskinləşdirməyin. Öhdəlikləri vaxtında yerinə yetirin.
Sevdiyiniz insanın qayğısına qalın.
Axşam saatlarında normal istirahət edin.

Xərçəng - səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Ruhdan düşməyin, qətiyyətli və iradəli olun. Nikbinlik cari məsələlərin öhdəsindən daha sürətlə gəlməyə imkan verəcək.
Günün ikinci yarısında təcrübəli insanın məsləhət və göstərişlərindən yararlanın. Belədə maraqlandığınız işdə sürətlə irəliləyəcəksiniz.
Diqqətli olun, xırda detalları nəzərdən qaçırmayın.
Yaxınlarınızla aranızdakı fikir ayrılıqlarını aradan qaldırın.

Şir - səhər saatlarından etibarən yaxınlarınızla ünsiyyətdə etimad amilinə xüsusi diqqət yetirin. Soyuqqanlı və təmkinli olsanız, cari fəaliyyətinizdə yaranacaq istənilən çətinliyi dəf edə bilərsiniz.
Günün ikinci yarısında hadisələrin sürətli inkişafı sizdə müsbət emosiyalarla yanaşı, mənfi hisslər də yarada bilər. Həmkarlarla, tərəfdaşlarla münaqişə yaratmayın. İstənilən mübahisəli məsələni konstruktiv həll etmək olar.
Axşam saatları durğunluqdan uzaq durun.

Qız - səhər saatlarından etibarən zəhmət çəkməyə, intensiv çalışmağa hazır olun. İşinizi sevirsinizsə, yaxşı nəticələrə nail olacaqsınız.
Gəlirlərin artması yaxşı stimul olacaq.
Günün ikinci yarısında işdə rəhbərlikdən tərif ala bilərsiniz. Karyera müstəvisində irəliləyişlər barədə düşünün. Dəyər verdiyiniz insanla laqeyd davranmasanız, o, sizə dəstək verəcək.
Axşam saatlarında normal istirahət üçün evdən çıxın.

Tərəzi - təmkinli, intizamlı, soyuqqanlı olun. Tənbəllik etməyin. Çətinliklərin qarşısından geri çəkilməyin. Maneələri dəf etmək üçün bütün vasitələrə əl atın. Əks təqdirdə əməyinizin sonucları əhəmiyyətli olmayacaq.
Günün ikinci yarısında hətta çözüm yollarına yaxşı bələd olmadığınız məsələnin həllində sürətli olun. Aktivlik günün şüarıdır. Axşam saatlarında alış-verişə yollanmaq olar.
Özünüzə fikir verin.

Əqrəb - yaxın gələcəklə bağlı planlara dəyişikliklər etmək zamanıdır. Fəaliyyətinizdə impulsiv olmayın, risklərə aldanmayın. Vədlər və təklifləri diqqətlə dinləyəndən sonra qərar verin.
Günün ikinci yarısında kiçik çətinliklər və problemlər sizi ruhdan salarsa, əmək fəaliyyətinizdə geriləmələr olacaq. Həmkardan, tərəfdaşlardan məsləhət istəmək, yardım gözləmək olar.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz adamla söhbətinizdə hisslərinizi gizlətməyin.

Oxatan - günün ilk yarısından etibarən aktiv çalışsanız, məqsədlərinizə nail olacaqsınız. Maneələrlə yanaşı, daxili sədləri dəf etmək üçün ətalətdən, passivlikdən uzaq durun. Hiss və həyəcanlar sizi kursdan çıxara bilər. Yolunuza davam edin.
Günün ikinci yarısında köhnə dostlardan və ya tanışlardan birini görəcəksiniz.
Faydalı əlaqələri inkişaf etdirin. Mənasız münasibətləri başa vurun.

Oğlaq - gün ərzində planlarınızı dəyişməli, bəzi məramları təxirə salmalı olacaqsınız.
Yarımçıq qalmış işi inandığınız insanlarla əlbir şəkildə başa vurun.
Uzaqgörən, təmkinli, sayıq olun.
Günün ikinci yarısında bir qədər nevroz durum, gərginlik yaranacaq.
Təşəbbüslərlə tələsməyin. Problem yaranarsa, onu dərhal həll etməyə çalışın.

Dolça - problemli gündür. Müşkülləri ciddiləşməyə qoymayın. Qətiyyət, əzm və iradəniz, habelə praktik davranışınız mühüm işlərin öhdəsindən tezliklə gəlməyə imkan verəcək.
Günün ikinci yarısı ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı danışıqlar üçün əlverişlidir.
Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında xeyirlisi var.

Xoş sürpriz, hədiyyə istisna deyil. Yaşam potensialı yüksəkdir.

Balıqlar - ön planda iş olmalıdır. Xırdalıqlar və detallara diqqətli olun. Xaosu aradan qaldırın, aldığınız məlumat və informasiyanı sistemləşdirin.
Pəhriz, orqanizmi yüngülləşdirmək, yüngül kosmetik prosedurlarda fayda var.
Ailə üzvləriniz və qohumlarınızla münasibətlərdə ciddi mövzu yarana bilər.
Qarşılıqlı anlaşmaya nail olmaq, yaşlılarla cavanların maraqlarını uzlaşdırmaq çətindir. Ailənin yaşlı üzvləri ilə münasibətlərdə həssas və şəfqətli olun.

Milli.Az