Qəhvə içmək ölüm riskini azaldır
18.5.2012

ABŞ alimlərinin sözlərinə görə, qəhvə içmək ölüm riskini azaldır. Belə ki, gündə 3 fincan qəhvə içən yetkin insanda bəzi xəstəliklərlə bağlı ölüm riski 10 faiz azala bilər.

Amerika Milli Xərçəng Təşkilatının bu sahədə apardığı araşdırmaya 1995-1996-cı illərdə 50-71 yaşında olan 400 min insan qatılıb. Onların səhhətləri 2008-ci il dekabrın 31-dək nəzarətdə saxlanılıb.

"New England Journal of Medicine" dərgisində dərc edilən araşdırmanın nəticəsinə əsasən, gündə orta hesabla 3 fincan normal və ya kofeinsiz qəhvə içənlərin ürək-damar, tənəffüs, şəkər xəstəlikləri ilə bağlı ölüm riski içməyənlərə nisbətdə daha azdır.

Alimlər deyiblər ki, lakin bu, qəhvənin ömrü uzatması anlamına gəlmir.

Trend