Alimlər yaşlı insanlarda dişləri bərpa etməyin mümkünlüyünü yenidən gündəmə gətiriblər. Genetiklərin bildirdiyinə görə, söhbət planlı şəkildə dişlərin "əkilməsi”ndən deyil, gen terapiyası metodu ilə dişlərin artımını aktivləşdirmək barədə gedir.
Tədqiqatın müəllifləri Londonda Kral kollecinin və Corciya (ABŞ) Texnoloji institutunun mütəxəssisləridir. Müşahidələr bütün həyatı boyu dişlərini dəyişən tsixlid balıqları üzərində aparılıb. Nəticədə balıqların epitelinində dişləri bərpa edən genlər ayrılıb. Alimlər dəqiqləşdiriblər ki, eyni genlər siçanlarda da var. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences”də dərc olunub.
AZƏRTAC