Oktyabrın 20-də Nizami Kino Mərkəzində “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmuş “50 ilin sehri” sənədli filminin təqdimatı olub.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, film “Kanal–S” Televiziya Şirkətinin dəstəyi ilə çəkilib.
Tədbirdə xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edilib, aktrisa ilə bağlı olan görüşlərdən kadrlar nümayiş olunub.
Tural Məmmədovun ideya müəllifliyi əsasında rejissor Mayis Zeynalovun çəkdiyi “50 ilin sehri” sənədli filmində “Sehrli xalat”da çəkilən aktyorların xatirələri və filmdən fraqmentlər tamaşaçılara təqdim edilib.
Filmdə çəkilmiş aktyorlar - S.Hətəmova, Y. Şeyxov və A. Mustafayeva çəkilişlər haqqında xatirələrini bölüşüblər.
APA